Braziliyanın COVİD-19 statistikası

Braziliyanın COVİD-19 statistikası
  23 Sentyabr 2020    Oxunub:2776
Braziliyada son 24 saat ərzində 836 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 138 108-ə yüksəlib. Yoluxma sayı son sutkada 33 536 nəfər artaraq 4 591 604-ə çatıb. İndiyədək 3 945 627 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə edilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Braziliya   Koronavirus  





Xəbər lenti