Hindistanda virusdan ölənlərin sayı 90 mini ötdü

Hindistanda virusdan ölənlərin sayı 90 mini ötdü
  23 Sentyabr 2020    Oxunub:2583
Hindistanda son sutka ərzində 83 347 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi yoluxma hallarının sayı 5 646 10 nəfərə çatıb. Son bir gündə 1086 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 90 021-ə yüksəlib. İndiyə qədər 4 587 613 xəstə sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti