Navalnı xəstəxanadan buraxılıb

 Navalnı xəstəxanadan buraxılıb
  23 Sentyabr 2020    Oxunub:2255
Rusiya müxalifətinin lideri Aleksey Navalnı xəstəxanadan buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə onun müalicə aldığı Berlindəki “Charite” xəstəxanasından məlumat verilib.

Qeyd edilib ki, Navalnının xəstəxanadan buraxılması qərarı onun səhhətinin yaxşılaşması fonunda verilib.

Ümumilikdə, siyasətçi 32 gün ərzində xəstəxanada müalicə alıb, onun 24 gününü reanimasiyada olub.

Xatırladaq ki, Berlində Navalnıya zəhərlənmə diaqnozu qoyulmuşdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Berlin   Navalnı   Xəstəxana  





Xəbər lenti