Naxçıvanda ÜDM istehsalı artıb

Naxçıvanda ÜDM istehsalı artıb
  23 Sentyabr 2020    Oxunub:2270
Muxtar respublikada 2020-ci ilin yanvar-avqust aylarında 1 milyard 840 milyon 976 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artaraq 4000 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 758 milyon 415 min 700 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Azvision.az


Teqlər: Naxçıvan   Sənaye  





Xəbər lenti