Los-Anceles Qarabağın müstəqilliyini tanıdı

Los-Anceles Qarabağın müstəqilliyini tanıdı
  29 Yanvar 2014    Oxunub:1398
Los-Anceles şəhər Şurası Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qərar qəbul edib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının ikinci böyük şəhəri olan Los-Ancelesin Şəhər Şurası qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnamə qəbul edib.

Şəhər Şurasının üzvləri Qarabağı müstəqil və suveren dövlət kimi tanıyaraq, beynəlxalq birlikdən də “Dağlıq Qarabağ Respublikası”nı azad, müstəqil və suveren dövlət kimi tanımağa çağırış edib.

Qətnamədə Qarabağın regionda sülh yaratdığı və azad seçkilər keçirdiyi göstərilir. Qətnaməni gündəliyə salan şəxs isə Los-Anceles Şəhər Şurasının erməni mənşəli üzvü Pol Qriqoryan olub.

Xatırladaq ki, bundan öncə, Qarabağın tanınması ilə bağlı analoji sənədləri Rod-Aylend, Massaçusets, Men, Luiziana, Merilend ştatları və Kaliforniyanın Fresno, Qlendeyl şəhərləri qəbul etmişdi.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti