Nardaran və Zabratda yollar yenidən qurulacaq - SƏRƏNCAM

 Nardaran və Zabratda yollar yenidən qurulacaq -    SƏRƏNCAM
  22 Sentyabr 2020    Oxunub:4744
Prezident İlham Əliyev “Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Sabunçu rayonunun Nardaran və Zabrat qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 8,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam   Yol  





Xəbər lenti