Azərbaycanda neft hasilatı azalıb

Azərbaycanda neft hasilatı azalıb
  22 Sentyabr 2020    Oxunub:2401
Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Azvision.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,8 mln. ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,4 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti