Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq
Onun sözlərinə görə, Qazaxıstanın Bakıdakı səfiri Serjan Abdıkərimovla görüşdə belə bir təklif irəli sürülüb.
“Qazaxıstan və Azərbaycan bazarlarını bilən biri kimi mənə Qazaxıstan Ticarət Evi yaratmaq ideyası təklif olundu. Çünki Azərbaycanda əvvəllər belə bir qurum olmayıb. Məsələni araşdırdıqdan sonra əməkdaşlıq etməyə qərar verdim. Qazaxıstan və Azərbaycan hələ də iqtisadi əlaqələr üçün tamamilə kəşf olunmamış böyük potensiala malikdirlər. Bundan əlavə, Nur-Sultanda artıq Azərbaycan Ticarət Evi fəaliyyət göstərir”.
O deyib ki, ilkin mərhələdə Azərbaycan bazarında Qazaxıstanın qida və kənd təsərrüfatı məhsulları, istehlak malları, sonra isə yüngül və tekstil sənaye məhsulları nümayiş etdiriləcək. Qazaxıstan Ticarət Evi mal və xidmətlərin təqdimatlarını, sərgiləri, işgüzar görüşləri təşkil edərək, iki ölkənin işgüzar dairələri üçün dialoq platforması rolunu oynayacaq.
İki ölkə arasında birbaşa uçuşların bərpasından sonra Qazaxıstanın məhsul tədarükçüləri Bakıya dəvət ediləcək və yerli tərəfdaşlar üçün malların sərgisi təşkil ediləcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qazaxıstan Ticarət-evi