ABŞ-da atışma: Ölən və yaralılar var
Hadisə nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır, bir neçə küçə bağlanıb. Atəş açan şəxslərin və qurbanların kimliyi barədə məlumat verilmir.
Qeyd edək ki, şəhərdə bir gün əvvəl "Black Lives Matter" hərəkatı tərəfdarlarının növbəti aksiyası keçirilib. Afroamerikalı Daniel Prudun polis tərəfindən öldürülməsindən sonra etirazlar başlayıb.
Şahanə Rəhimli
Azvision.az