İranda pandemiya qurbanlarının sayı 24 minə çatır

İranda pandemiya qurbanlarının sayı 24 minə çatır
  18 Sentyabr 2020    Oxunub:2720
İranda son sutka ərzində daha 144 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 23 952 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 3049 nəfər artaraq 416 198-a yüksəlib.

İranda indiyədək 355 505 koronavirus xəstəsi sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti