Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib

  18 Sentyabr 2020    Oxunub : 2249
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) toxum alıcısı olan fermerlərə müraciət edib.
Azvision.az xəbər verir ki, Agentlik müraciətdə fermerlərə sertitikatlı toxumdan istifadə etməyi tövsiyə edir.

“Bu ilin payızlıq dənli bitkilərinin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxum istehsalçılarını (buğda, arpa) fermerlərin diqqətinə çatdırırıq. Sertifikatlı toxum istehsalçıları barədə məlumat və əlaqə vasitələri ilə linkdən tanış ola bilərsiniz”, - deyə məlumatda vurğulanıb.

Məhsul istehsalçılarına toxum alarkən istehsalçıdan onun kondisiyalılığı haqqında sertifikatı tələb etmək tövsiyə olunur.

Azvision.az

Teqlər: AqrarXidmətlərAgentliyi