Gürcüstanda daha 182 nəfər koronavirusa yoluxdu

 Gürcüstanda daha 182 nəfər koronavirusa yoluxdu
  18 Sentyabr 2020    Oxunub:2016
Gürcüstanda son sutka ərzində daha 182 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 3119-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1435 pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 6633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus   Pandemiya  





Xəbər lenti