“Forrest Qamp”ın müəllifi vəfat etdi

“Forrest Qamp”ın müəllifi vəfat etdi
  18 Sentyabr 2020    Oxunub:2029
“Forrest Qamp” kitabının müəllifi Uinston Qrum vəfat edib.
Azvision.az xəbər verir ki, tanınmış yazar 77 yaşında ABŞ-da dünyasını dəyişib.

Qeyd edək ki, “Forrest Qamp” kitabı 1986-cı ildə müəllifin ən populyar əsərinə çevrilib. Kitab əsasında çəkilən film altı dəfə Oskar mükafatına layiq görülüb. Kitabda hadisələr əqli cəhətdən geri qalmış gəncin dilindən söylənilir.

1995-ci ildə U.Qrum kitabın davamı olaraq “Qamp və kompaniya” əsərini yazıb. O, əsərin ekranlaşdırılmasına çalışsa da, buna nail olmayıb.

Azvision.az


Teqlər: ABŞ   Yazıçı  





Xəbər lenti