Hindistanda gündəlik yoluxma sayı 96 mini ötüb

Hindistanda gündəlik yoluxma sayı 96 mini ötüb
  18 Sentyabr 2020    Oxunub:2486
Hindistanda son sutka ərzində 96 424 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi yoluxma hallarının sayı 5 214 677 nəfərə çatıb. Son bir gündə 1174 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 84 372-yə yüksəlib. İndiyə qədər 4 112 551 xəstə sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti