BMT Baş Assambleyasında 119 ölkənin lideri çıxış edəcək

   BMT Baş Assambleyasında 119 ölkənin lideri çıxış edəcək
  18 Sentyabr 2020    Oxunub:2546
BMT Baş Assambleyasının sentyabrın 22-dən 29-dək videomüraciət formasında keçiriləcək 75-ci sessiyasında yüksək səviyyəli həftə zamanı 119 dövlətin liderinin və 55 hökumət rəhbərinin çıxışları gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə Baş Assambleya sədrinin rəsmi nümayəndəsi Brenden Varma bildirib.

Onun sözlərinə görə, siyahıya müəyyən dəyişiklik edilə bilər. Yeni siyahı yaxın günlərdə açıqlanacaq. ABŞ Prezidenti Donald Tramp və BMT-nin Baş katibi Antonio Quterreş BMT-də şəxsən olacaqlarını bildiriblər.
BMT Baş Assambleyasının 75-ci sessiyası: Gündəlikdə nələr var?

Qeyd edək ki, 75-ci sessiyada ümumi müzakirə 22 sentyabr tarixində başlayacaq. Debatları Braziliya açacaq, daha sonra BMT-nin mənzil-qərargahının yerləşdiyi ölkə olaraq ABŞ tərəfi çıxış edəcək. Digər dövlət başçılarının çıxışları siyahı və prosedur qaydalarına uyğun olaraq bir-birinin ardınca konfrans zalında yayımlanacaq.

22 sentyabrda ABŞ, Çin, Rusiya, Fransa, İran, Türkmənistan və Tacikistan liderləri çıxış edəcəklər. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova və Ukrayna prezidentlərinin çıxışları sentyabrın 23-nə, Azərbaycanın dövləti başçısı İlham Əliyevin çıxışı isə sentyabrın 24-nə nəzərdə tutulub.

Azvision.az


Teqlər:   BMT   Sessiya  





Xəbər lenti