"Qarabağı Azərbaycanın ekoregionu adlandıra bilərik" |
Elin Süleymanov Azərbaycanın Müsəlman ölkəsi olaraq İslam dünyası üçün önəm daşıyan məsələləri təşviq etməklə yanaşı, İsrail ilə də normal diplomatik əlaqələr qurmağı bacardığını bildirib, bu mənada Azərbaycanın dünyanın bir çox ölkələri üçün nümunə ola biləcəyini qeyd edib və ölkəmizin İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalara diqqət çəkən Elin Süleymanov, Ermənistanın sonuncu belə hərbi təxribatı nəticəsində bir azərbaycanlı əsgərin yaralandığını bildirib və Ermənistanın regionda sülhün və hətta öz xalqının rifahı əleyhinə olan addımlar atmaqda davam etdiyini vurğulayıb. Rusiyanın Ermənistana silah göndərməsinin Azərbaycan üçün ciddi narahatlıq yaratdığını qeyd edən E.Süleymanov, hazırda bu məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan və Rusiya arasında müzakirələrin aparıldığını diqqətə çatdırıb. Səfir ABŞ, Fransa və Rusiyanın həmsədri olduğu ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nisbətən passiv olduğunu bildirib və həmsədr ölkələrin Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün kifayət qədər fəallıq nümayiş etdirmədiklərini təəssüf hissi ilə qeyd edib.
Elin Süleymanov Ermənistanın Suriya və Livandan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirdiyini və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti dəyişməyə çalışdığını vurğulayıb. Kristofer Nikson Koks son zamanlar Prezident Trampın bir neçə sülh razılaşmasına nail olduğunu vurğulayaraq, ABŞ tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün nə edə biləcəyini sual edib. Buna cavab olaraq Elin Süleymanov ABŞ rəhbərliyinin öz Fransa və Rusiya həmkərları ilə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsipi əsasında Azərbaycan və erməni xalqlarının gələcəyi naminə sülh razılaşmasına nail olmaqla ABŞ-ın özünün də maraqlarını təmin edə biləcəyini qeyd edib.
Səfir Elin Süleymanovun “Con Batçelor Şou” radio proqramında yayımlanan hazırkı müsahibəsi ilə BURADAN tanış olmaq olar.
Azvision.az