Moskvada pandemiya qurbanlarının sayı açıqlandı

  18 Sentyabr 2020    Oxunub : 1945
Moskvada pandemiya qurbanlarının sayı açıqlandı
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 8 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.

Ümumilikdə paytaxtda pandemiya qurbanlarının sayı 5033 nəfərə çatıb. İndiyədək 274 mindən çox insan virusa yoluxub.

Azvision.az

Teqlər: Moskva   Koronavirus   Pandemiya