Fransada koronavirusa yoluxma pik həddə çatdı

   Fransada koronavirusa yoluxma pik həddə çatdı
  18 Sentyabr 2020    Oxunub:3244
Fransada son sutka ərzində koronavirusa 10 593 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu, Fransada epidemiya başlayandan bəri rekord göstərici hesab olunur.

Ölkə üzrə ümumi yoluxma sayı 415 481 nəfərə yüksəlib. Son sutkada 50 pasiyent COVID-19 infeksiyasından dünyasını dəyişib.

İndiyədək 31 095 nəfər pandemiyanın qurbanı olub, 90 335 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Fransa   Koronavirus   Pandemiya  





Xəbər lenti