Britaniyada virusa yoluxma sayı 380 mini keçib

Britaniyada virusa yoluxma sayı 380 mini keçib
  18 Sentyabr 2020    Oxunub:2570
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 3395 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 381 min 614, xəstəlikdən ölənlərin sayı isə 41 min 705 nəfərə çatıb.

Son günlər Böyük Britaniyada virusa yoluxma sayında ciddi artım müşahidə edilir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti