Rusiya və ABŞ arasında Qarabağ müzakirəsi

 Rusiya və ABŞ arasında Qarabağ müzakirəsi
  18 Sentyabr 2020    Oxunub:4697
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ABŞ-ın Moskvadakı səfiri Con Sallivin ilə telefon əlaqəsi saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Belarusda baş vermiş son hadisələr, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət müzakirə olunub.

“Rusiya tərəfi daxili siyasi proseslərə hər hansı müdaxilənin, sabitliyi pozmaq və kənardan birtərəfli vasitəçilik xidmətlərini qəbul etdirmək cəhdlərinin yolverilməzliyini vurğulayıb”, - deyə Rusiya XİN bəyan edib.

Məlumatda Qarabağ münaqişəsinə dair danışıqların detalları açıqlanmayıb.

Azvision.az


Teqlər: Qarabağ   Rusiya   XİN  





Xəbər lenti