Türkiyədə günün yoluxma və ölüm statistikası

   Türkiyədə günün yoluxma və ölüm statistikası
  18 Sentyabr 2020    Oxunub:3004
Türkiyədə son sutka ərzində 66 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1648 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7315, virusa yoluxanlar isə 298 039 nəfərə çatıb.

Türkiyədə indiyədək 263 745 pasiyent (son sutkada 1143 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti