Amerika faciəsi: Depressiya

Amerika faciəsi: Depressiya
  28 Yanvar 2014    Oxunub:1864
Depressiya ABŞ-da intiharların ən əsas səbəbi sayılır. İntiharlar isə öz növbəsində ən geniş yayılan ölüm səbəbləri arasında 11-ci yeri (yeri gəlmişkən, qətl bu siyahıda 15-ci yerdədir) tutur.
Farmokoloji kompaniyalar və həkimlər əksər yetkin amerikalıların antidepressant qəbul etdiyini müəyyən ediblər. İMS Halth tədqiqat kompaniyasının araşdırmalarına görə, 320 milyon əhaliyə malik Amerika Birləşmiş Ştatlarında ildə 250 milyon antidepressant resept yazılır. Məsələn, 40-50 yaşlı qadınlar arasında hər dördüncüsü antidepressantlarda “oturur”.

“Tədqiqatlar göstərir ki, 75% halda terapevtlər heç psixoloqun diaqnozu olmadan belə xəstələrə antidepressantlar yazırlar. Məhz bu səbəbədən ABŞ-da həb qəbulu geniş yayılıb”- deyə Britaniya Kolumbiyası Universitetinin professoru Barbara Minçes hesab edir. Milli Statistika və Səhiyyə Mərkəzinin məlumatlarına görə isə son 20 ildə ABŞ-da antidepressantların satışı 400%-ə qədər artıb.

“Kütləvi reklam və farmasevtik kompaniyaların ədalətsizliyi ucbatından amerikalılar arasında “Zolofta”, “Prozaka”, “Seleks” kimi antidepressantlar barədə səhv təsəvvürlər formalaşıb. Acınacaqlı həqiqət bundan ibarətdir ki, dərman qəbulunun əks göstəriciləri müsbət təsirdən daha çox olur.

Müstəqil araşdırmalara görə, müsbət nəticə yalnız 30% halda müşahidə olunub. Əks göstəricilər kimi: çəkinin artması, yuxusuzluq, gecə kabusları, baş ağrısı, baş gicəllənməsi, görmə qabiliyyətinin zəifləməsi və s. misal göstərmək olar.

Praktiki olaraq yuxarıdakı antidepressantları qəbul edənlərdə seksual funksiyaların tam zəifləməsinə səbəb ola bilər. Antidepressantların uzun müddət qəbulu isə daha dərin depressiyaya səbəb olur.

Lakin bu faktlar belə insanları saxlaya bilmir. Onillər boyu göstərilən reklamlar insanların beyninə “dərman at və hər şey yaxşı olacaq” fikrini aşılayır. Vəziyyət o səviyyəyə çatıb ki, antidepressantlar ekoloji böhrana səbəb ola bilər.

Benzodiazepinlərin tipli sakitləşdiricilərin 4 və daha artıq həftə ərzində qəbulu insanı fizioloji səviyyədə özündən asılı vəziyyətə salır. Görünür, ABŞ sakinlərini bu narahat etmir. “Ksanks” antidepressantına ildə 50 milyon resept alınır. Hətta, köhnəlmiş “Valium” belə, stabil şəkildə populyarlığını qoruyur.

Dərman istehsalçılarının Kapitoliyə təsiri o qədər yüksəkdir ki, Barak Obama Səhiyyə islahatı həyata keçirmək üçün farmakonqressmenlər ilə razılaşmaya getməli oldu. Amerika hakimiyyətində bir çox şəxs dərmanların stabil gəlir gətirməsində maraqlıdır. Artan gəlirlər isə ilk növbədə onlara öz tərəflərinə yeni tərəfdarlar cəlb etməyə imkan verir. Bunun nəticəsidir ki. milyonlarla amerikalıya həkimlər yalan diaqnozlarla milyardlarla dərman yazır.

Leqal olaraq, ABŞ-da marixuana ən sürətlə böyüyən bazardır. Analitiklərin hesablamalarına görə, 2013-cü ildə 1,43 milyard dollar leqal marixuana satılıb. 2014-cü ildə isə, bazarın 64% böyüyərək, 2,34 milyard dollara çatacağı gözlənilir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti