DOST Mərkəzi 110 minə yaxın vətəndaşa xidmət edib
1 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin müdiri Gündüz Mehdiyev mərkəzdə 132 növ xidmət göstərildiyini qeyd edib. Bu xidmətlərin 115-i əsas, 17-si isə yardımçı xidmətlərdir. Açıldığı vaxtdan bu günə qədər 110 min nəfərə yaxın vətəndaş mərkəzə müraciət edib. Müraciət edən vətəndaşların məmnunluq səviyyəsi 96%-dir.
Mərkəzin fəaliyyəti ilə bağlı hesabat dinlənildikdən sonra xidmətlərin keyfiyyətinin yüksəldilməsi və işin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.
Azvision.az
Teqlər: DOSTMərkəzi