Müxalifət lideri Paşinyana xəbərdarlıq etdi

Müxalifət lideri Paşinyana xəbərdarlıq etdi
  17 Sentyabr 2020    Oxunub:2949
"Hesab edirəm ki, Ermənistan konstitusiyasında ciddi psixoloji pozuntuları olan şəxslərin yüksək siyasi vəzifələr tutmaq hüququ olmadığını aydın şəkildə təsbit etməyin vaxtı çatıb".
Azvision.az xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan "Facebook" hesabında baş nazir Nikol Paşinyana cavab olaraq deyib. O, bildirib ki, bu cür insanlar dövlətin və Ermənistan vətəndaşlarının təhlükəsizliyinə təhdiddir.

"Adekvad" partiyası isə N.Paşinyanın səhhətini yoxlamaq üçün qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan Tsarukyanı təcavüzdə və soyğunçuluqda ittiham etmişdi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti