Polşa Prezidenti qızına vəzifə verdi - Amma maaş almayacaq

Polşa Prezidenti qızına vəzifə verdi -  Amma maaş almayacaq
  17 Sentyabr 2020    Oxunub:3444
Polşa Prezidenti Andjey Duda qızı Kinqa Dudanı özünə məsləhətçi təyin edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Kinqa Duda Polşa liderinin rəsmi saytında prezidentin müşaviri olaraq qeyd edilib.

Onun hüquqşünas təhsili aldığı, beynəlxalq ticarət və investisiya hüququ üzrə ixtisaslaşdığı bildirilir.

Ümumilikdə ölkə başçısının saytında könüllü olaraq prezidentin 13 müşaviri və gördüyü işlərə görə mükafat alan 7 müşavir haqqında məlumat yer alıb.

A. Duda "Twitter" hesabında qızının könüllü işlədiyini və maaş almadığını yazıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Polşa   Duda  





Xəbər lenti