“Şantaja, quldurluğa boyun əymədik” - Ərdoğan

 “Şantaja, quldurluğa boyun əymədik” -  Ərdoğan
  17 Sentyabr 2020    Oxunub:3261
Şərqi Aralıq dənizində qarşı tərəfin qıcıqlandırmalarına, uşaq kimi davranışlarına baxmayaraq, həmişə haqlı olmanın, böyük dövlət olmanın ləyaqəti ilə davrandıq.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə bundan sonra da lazımi addımları atacaq.

"Türkiyəyə qarşı səmimi olanlar xoş niyyətlə qarşılaşacaqlar, əks təqdirdə layiq olduqları cavablar veriləcək. Şərqi Aralıq dənizində təhdidin işə yaramadığını gördülər və ölkəmizin şantaja, quldurluğa boyun əyməyəcəyini anladılar", - deyə Ərdoğan vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti