ÜST: Avropada vəziyyət pisləşməyə başlayıb

  17 Sentyabr 2020    Oxunub : 6326
ÜST:  Avropada vəziyyət pisləşməyə başlayıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge bildirib ki, Avropada COVID-19 pandemiyası ilə bağlı vəziyyət pisləşməyə başlayıb. Ancaq bu panikaya səbəb olmamalıdır.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ÜST rəsmisi bu barədə keçirdiyi brifinqdə deyib.

"Çox ciddi bir vəziyyətlə üz-üzə qalmışıq. İndi həftəlik yoluxmaların sayı pandemiyanın Avropada ilk dəfə mart ayında zirvəyə çatdığı vaxtdakından çoxdur. Ötən həftə həftəlik yoluxma 300 mini keçib. Avropa ölkələrinin yarısından çoxu son iki həftədə yoluxmalarda 10 faizdən çox artım olduğunu bildirib".

Onun sözlərinə görə, xəstəlik daha çox 25 -41 yaş qrupu arasında qeydə alınıb. ÜST nümayəndəsi koronavirusla mübarizə üçün bütün Avropa ölkələrini həmrəyliyə çağırıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ÜST   Koronavirus