Gömrükdən gizli yolla 105 min dollar keçirmək istədi
Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı sərnişinin bel çantasının içərisində "Gəncə paxlavası" yazılan qutunun altından sellofan paketə bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş 105 min ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az