Gürcüstan İvanişviliyə vətəndaşlıq verdi

 Gürcüstan İvanişviliyə vətəndaşlıq verdi
  28 Yanvar 2014    Oxunub:1373
Gürcüstan Ali Məhkəməsi sabiq baş nazir Bidzina İvanişvilinin şikayətinə baxıb və onun Gürcüstan vətəndaşlığının bərpası barədə qərar qəbul edib.
AzVision.az xarici KIV-lərə istinadən xəbər verir ki, bununla da məhkəmə Mixail Saakaşvilinin 2 il əvvəl qəbul etdiyi qərarı ləğv edib.

“Gürcüstan Ali Məhkəməsinin qərarının qanuni qüvvəyə mindiyi gündən etibarən 2011-ci il oktyabrın 11-də Gürcüstan prezidenti tərəfindən vətəndaş Bidzina İvanişvili barədə imzalanan № 602 saylı sərəncamın qüvvədən düşdüyün elan edir”-deyə məhkəmənin qərarında deyilir.

İvanişvili 2011-ci ildə Gürcüstan vətəndaşlığından məhrum olunmuşdu. O, siyasətlə məşğul olacağını açıqladıqdan sonra Saakaşvili tərəfindən vətəndaşlıqdan məhrum edilmişdi. Bu qərar üçün əsas kimi isə 2010-cu ildə İvanişvilinin Gürcüstan vətəndaşlığından başqa, Fransa və Rusiya vətəndaşlıqlarına da malik olması göstərilmişdi.

İvanişvili 2011-ci ilin 26 dekabrında Rusiya, daha sonra isə Fransa vətəndaşlığından imtina etmişdi. Lakin, rəsmi Paris onun hər hansı ölkənin vətəndaşlığını almasına qədər onu vətəndaşlıqdan çıxarmamışdı. Əks halda o, apartidə (vətəndaşlığı olmayan şəxs) çevrilirdi.

2012-ci ilin oktyabrında parlament seçkilərində İvanişvilinin “Gürcü arzusu” partiyası qələbə qazandıqdan sonra Saakaşvili ona vətəndaşlıq verməyə məcbur olmuşdu.

2013-cü ilin noyabrında isə baş nazir postunu tərk edən Bidzina İvanişvili vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sahəsinə keçdiyini bildirmişdi. “Vətəndaş” QHT-sini yaradan İvanişvili ölkədə hakimiyyətlə cəmiyyət arasındakı münasibətlərin möhkəmləndirilməsinə yönəlik fəaliyyətə başlamışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti