Nazirlikdən hava xəbərdarlığı: Yollar buz bağlayacaq

Nazirlikdən hava xəbərdarlığı: Yollar buz bağlayacaq
  28 Yanvar 2014    Oxunub:1024
Sabah Bakıda hava yağıntılı olacaq, sulu qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi proqnozlaşdırılır. Güclü şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 29-da havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində havanın arabir yağıntılı olacağı gözlənilir, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, bu ərazilərdə yollar buz bağlayacaq. Şimal küləyi güclənəcək.

Aran rayonlarında yanvarın 29-da havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Yanvarın son günlərində gözlənilən yağıntılı, küləkli hava şəraiti, temperaturun günü-gündən enməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti