Ukraynanın baş naziri istefa verdi
Bununla bağlı Ukrayna Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib.
“İctimai-siyasi kompromis üçün, münaqişənin dinc yolla həlli üçün əlavə imkanlar yaratmaq məqsədilə qərar verdim ki, prezident Yanukoviçdən mənim istefamı qəbul etməsini xahiş edim”- deyə açıqlamada deyilir.
Xatırladaq ki, ölkədə 2 aydan artıqdır ki, davam edən kütləvi etirazlarda müxalifət hökümətin və prezidentin istefasını tələb edir. Bundan öncə, ölkədəki siyasi böhrana son qoymaq üçün prezident Viktor Yanukoviç aparıcı müxalifət partiyalarından- “Batkovşina” partiyasının sədri Arseni Yaçenyuka baş nazir postunu, “UDAR” partiyasının sədri Vitali Kliçkoya isə baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini təklif etmişdi.
Hər iki müxalifət lideri onlara təklif olunmuş postlardan imtina edərək prezidentin istefasını əsas şərt kimi irəli sürmüşdülər.
AzVision.az