Ermənistan parlamentində karikatura qalmaqalı - VİDEO
Deputat Ani Samsonyan bildirib ki, təhlükəsizlik işçiləri belə bir tapşırığı vitse-spiker Alen Simonyandan alıblar.
"Alen Simonyan kimdir ki, bizi içəri buraxmasın? Senzura tətbiq etmək, yazılanlara baxmaq və ondan sonra içəri buraxıb, ya buraxmamaqla bağlı qərar vermək istəyirlər".
Bundan sonra spiker Ararat Mirzoyan mübahisəyə müdaxilə edib. O, məsələni həll edəcəyini vəd edərək səs-küy salmamağa çağırıb.
"Niyə səs-küy salırsan? Keçən dəfə səs-küydən incimişdin. İndi hər şeyi həll edərik",- deyə Mirzoyan Qorqisyana müraciət edərək deputatları iclas otağına səsləyib.
Qeyd edək ki, "Çiçəklənən Ermənistan" fraksiyası Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyana qarşı etimadsızlıq rəyi nümayiş etdirmə prosesini başladıb. Məsələ bu gün müzakirə ediləcək. Eyni zamanda, fraksiya vətəndaşları parlament binasına yaxınlaşmağa və nazirə qarşı aksiyada iştirak etməyə çağırıb.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ermənistan Parlament Deputat Qalmaqal