Sergey Şoyqu Minskə getdi

Sergey Şoyqu Minskə getdi
  16 Sentyabr 2020    Oxunub:2984
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Minskə gedib.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Belarusla Rusiya arasında ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün işgüzar səfərə gəlib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şoyqu   Rusiya   Belarus  





Xəbər lenti