Rusiyada pandemiya qurbanlarının sayı 19 minə çatır

 Rusiyada pandemiya qurbanlarının sayı 19 minə çatır
  16 Sentyabr 2020    Oxunub:2605
Rusiyada son sutka ərzində koronavirusa 5670 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 1 079 519 nəfərə çatıb.

Rusiyada son sutkada 132 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 18 917 nəfərdir. İndiyədək 890 114 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koronavirus   Rusiya   Pandemiya  





Xəbər lenti