Tixanovskaya Lukaşenkoya müraciət etdi

Tixanovskaya Lukaşenkoya müraciət etdi
  16 Sentyabr 2020    Oxunub:2984
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Prezident Aleksandr Lukaşenkonun iqtidarı dinc yolla tərk edəcəyi təqdirdə onun şəxsi təhlükəsizliyi ilə bağlı zəmanət veriləcəyini deyib.
Azvision.az xəbər verir ki, Tixanovskaya LB.ua saytına müsahibəsində Lukaşenkonun təhlükəsizliyinin təmin olunacağını bildirib.

"Əlbəttə ki, insani bir şəkildə, dinc yolla gedərsə, belə bir ehtimal var. Hətta əminlik də demək olar. Şəxsən mən bütün insanların adından danışmalıyam. Və bu məsələdə bütün insanların fikri nəzərə alınacaq".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   Müraciət   Tixanovskaya  





Xəbər lenti