Gürcüstanda daha 196 nəfər koronavirusa yoluxdu

Gürcüstanda daha 196 nəfər koronavirusa yoluxdu
  16 Sentyabr 2020    Oxunub:2219
Gürcüstanda son sutka ərzində daha 196 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 2758-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1412 pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 6633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus   Pandemiya  





Xəbər lenti