Dərd yox, dərman öldürür
“ABŞ-da hər məsələyə görə, həb yazırlar”- deyə Tibb elmləri doktoru Duqlas Bremner qeyd edir: `Böyürlərində sancı var? Həkim həb yazacaq. İmtahan qabağı həyəcanlısınız? Həkim sizə həb yazacaq. İşdə yorulursunuz? Həkim sizə həb yazacaq. Heç nə sizi narahat etmir? Bu ki, şübhəlidir! Həkim sizə eyni vaxtda bir neçə həb yazacaq`.
“Mayo Clinic” tibb mərkəzi tərəfindən 2013-cü ilin iyununda keçirilən tədqiqat Amerika əhalisinin 70%-nin həkim tərəfindən yazılan ən azı bir dərman qəbul etdiyini, əhalinin yarısının 2 dərman, hər 5-ci amerikalının isə həkim reseptləri əsasında 5 və daha artıq dərman qəbul etdiyini müəyyən edib. 2018-ci ildə isə bu göstərici daha 30% artacaq.
Artıq bu gün ABŞ sakinləri dünya üzrə dərman alıcılarının üçdə birini təşkil edir. Hər il həblərin alınmasına 300 milyard dollar vəsait xərcləyən amerikalılar həkimlərin yazdığı həbləri rahatlıqla qəbul edir. Təəccüblü deyil ki, hər il ölkədə dərmanın normadan artıq olunması yaxud əks təsir göstərməsi ilə bağlı 1,7 milyon fəsad qeydə alınır.
ABŞ-da ən çox həkimlərin əhaliyə məsləhət gördüyü dərmanların ilk üçlüyünə antidepressantlar və ağrıkəsicilər daxildir. Yəni, açıq dillə desək, bütün Amerika yüngül narkotik vasitələrdən istifadə edir.
Vüqar İsmayılov