Braziliyada bir gündə yüzlərlə insan virusdan öldü

  16 Sentyabr 2020    Oxunub : 1512
Braziliyada bir gündə yüzlərlə insan virusdan öldü
Braziliyada son 24 saat ərzində 1201 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 133 207-yə yüksəlib. Yoluxma sayı son sutkada 38 689 nəfər artaraq 4 384 299-a çatıb. İndiyədək 3 671 128 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə edilir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Braziliya   Koronavirus