Yaponiyanın yeni Baş Naziri seçildi

 Yaponiyanın yeni Baş Naziri seçildi
  16 Sentyabr 2020    Oxunub:2448
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının yeni sədri Yosixide Suqa Baş Nazir vəzifəsinə təsdiq edilib.
Azvision.az xəbər verir ki, səsvermə proseduru parlamentin aşağı palatasının saytında yayımlanıb.

Suqa Nümayəndələr Palatasının deputatlarının əksəriyyəti tərəfindən dəstəklənib. Ona 314 deputat səs verib. Yaxın bir neçə saat ərzində yeni Baş Nazir kabinetin tərkibini açıqlayacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yaponiya   Baş-Nazir  





Xəbər lenti