COVID-19 qurbanlarının sayı 930 mini ötdü

   COVID-19 qurbanlarının sayı 930 mini ötdü
  15 Sentyabr 2020    Oxunub:3107
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı hər gün artmaqda davam edir.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 29 milyon 368 min 371, pandemiya qurbanlarının sayı 931 min 51 nəfərə çatıb.

İndiyədək 21 milyon 179 min 840 nəfər xəstəlikdən sağalıb. Hazırda müalicəsi davam edən 60 mindən çox pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 210-dan ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti