Ermənistanda virusa yoluxanların sayı 46 minə çatır

Ermənistanda virusa yoluxanların sayı 46 minə çatır
  14 Sentyabr 2020    Oxunub:2352
Ermənistanda son sutka ərzində daha 187 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 45 969 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 919-a çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 282 nəfərdir. İndiyədək 41 693 nəfər infeksiyadan sağalıb.

Azvision.az



Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti