COVID-19-dan sağalanların sayı 21 milyonu keçdi

 COVID-19-dan sağalanların sayı 21 milyonu keçdi
  14 Sentyabr 2020    Oxunub:1863
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 29 milyon 188 min 603 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 928 min 325 nəfərdir.

İndiyədək 21 milyon 31 min 679 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 210-dan çox ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Dünya   Koronavirus   Statistika  





Xəbər lenti