ABŞ-da iki polis zabiti güllələnib

ABŞ-da iki polis zabiti güllələnib
  13 Sentyabr 2020    Oxunub:2951
ABŞ-ın Kaliforniya ştatında iki polis zabiti güllələnib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Los-Anceles polisi məlumat yayıb.

Bildirilib ki, şənbə günü baş verən hücum zamanı şerifin iki müavini güllə yarası alıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.

Azvision.az


Teqlər: ABŞ   Polis  





Xəbər lenti