Hindistanda virusa rekord yoluxma qeydə alındı

Hindistanda virusa rekord yoluxma qeydə alındı
  12 Sentyabr 2020    Oxunub:2749
Hindistanda son sutka ərzində koronavirusa rekord sayda – 97,5 min yoluxma halı qeydə alınıb. Öncəki gün yoluxanların sayı 96,5 min nəfər təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici yerə yüksəlib.

Son məlumata görə, ölkədə koronavirusa yoluxan 4.65 milyondan çox şəxsin 3,62 milyonu sağalıb. Hazırda 958 mindən çox pasiyent xəstəxanalarda müalicə alır .

Pandemiyanın yaratdığı xəstəlikdən son sutkada 1201 nəfər ölüb. Ümumilikdə ölkə üzrə 77,4 min nəfər infeksiyadan dünyasını dəyişib.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti