Gürcüstanda yoluxma sayı kəskin artdı

Gürcüstanda yoluxma sayı kəskin artdı
  11 Sentyabr 2020    Oxunub:1370
Gürcüstanda son sutka ərzində daha 87 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 1917-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1354 pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 5882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır. Aktiv koronavirus xəstələrinin sayı 518 nəfərdir.

Azvision.az



Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti