Naxçıvanda pensiyaların maliyyələşdirilməsi yekunlaşdı

Naxçıvanda pensiyaların maliyyələşdirilməsi yekunlaşdı
  11 Sentyabr 2020    Oxunub:2900
Naxçıvan Muxtar Respublikasında əmək pensiyalarının maliyyələşdirilməsi yekunlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Fond tərəfindən sentyabr ayı üçün pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsi başa çatdırılıb. Tələb olunan vəsait fondun xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl pensiyaçıların plastik bankomat kartlarına və kəndlərdə yaşayan pensiyaçıların istəklərinə əsasən poçt ünvanlarına köçürülməklə, pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılıb.

Hal-hazırda isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsi üçün müvafiq işlər görülür.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti