Avtomobil oğruları yaxalandı

Avtomobil oğruları yaxalandı
  28 Yanvar 2014    Oxunub:1290
Avtomaşın oğurluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb.
Suraxanı rayonunda Namiq Hüseynova məxsus “VAZ-2107” markalı avtomobil oğurlanıb.

Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Bakı sakinləri Fərid Xasməmmədov, Etibar Həsənov, Məhəmməd Nəcəfov və Kənan Tağıyev saxlanılıblar.
Aparılan araşdırmalar nəticəsində onların Oruc Əliyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırdıqları da müəyyən edilib.

Həmin rayonda Elvin Abıyevə məxsus “VAZ-21011” markalı avtomaşın qaçırılmışdır. Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Tərlan Mirzəyev tutulub.

Aparılan əməliyyat tədbirləri ilə onun Nurəli Babayevin evindən pul və qızıl əşyalar apardığı, Əhməd Bədəlovun evindən qızıl əşyalar oğurladığı və Emin Nağıyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırdığı da müəyyən edilib.

Salyan rayonunda Aşağı Kürkənd kənd sakini Rəşad Balayevə məxsus “VAZ-21015” markalı avtomobil oğurlanmışdır. Avtomobili qaçırıb Neftçala rayon sakini Ceyhun Əsədov onu rayon ərazisində idarə edərkən Arbatan kənd sakini Elşad Əliyevin yolun kənarında saxladığı “VAZ-2106” markalı avtomobilə vurub.
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən C.Əsədov tutulub.

AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



Teqlər:





Xəbər lenti