İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi
Onun sözlərinə görə, pandemiya şəraiti 2018-ci ildən sürətlənən iqtisadi islahatların nəticələrinin daha geniş hiss edilməsinə müəyyən qədər mane olub, təbii olaraq vətəndaşların sağlamlığı iqtisadi hədəfləri üstələyib:
"Pandemiya şəraiti bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadiyyatın, digər ölkələrdəki kimi sürətli olmasa da, müəyyən qədər geriləməsinə səbəb olub. Dünyada artıq yeni reallıqlar formalaşmaqdadır. Neft qiymətlərinin aşağı həddə sabitləşməsi, texnologiyaların və yeniliklərin sürətlə yayılması iqtisadi siyasətdə çevik dəyişikliklərin edilməsini labüd edir. Bu baxımdan Azərbaycanda iqtisadi siyasətin yeni idarəetmə çərçivəsinin yaradılması iqtisadi uğurları əldə etməyin yeni mənbələrinin tapılmasına hesablanıb. Şura qarşısında növbəti 10 ildə iqtisadiyyatımızın 2 dəfə böyüməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, xarici və özəl investisiyaların cəlb edilməsində yeniliklər, insan kapitalından geniş istifadə edilməsi, innovativliklik və s kimi hədəflərin qoyulması Azərbaycan iqtisadiyyatının müasir çağırışlar üzərində inkişaf edəcəyini və islahatların da bu məqsədlə sürətlənəcəyini deməyə imkan verir".
Komitə sədri qeyd edib ki, fərman iqtisadi siyasətin qanunvericilik əsaslarını yaradan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi qarşısında da mühüm çağırışlar qoyur:
"Hesab edirik ki, müasir qanunların qəbulu, mövcud qanunvericilik aktlarında çevik mexanizmlərin yaradılması aparılan iqtisadi islahatların daha çox mənimsənilməsinə imkar yaradacaq, ölkəmizin iqtisadi hədəflərinə çatmaqda mühüm alət olacaqdır. Ümumi desək, Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət hər zaman sürətliliyi, çevikliyi, müasirliyi və sosiallığı ilə fərqlənib. İqtisadi Şuranın yaradılması və onun qarşısında qoyulan hədəflər Azərbaycan iqtisadiyyatın post-pandemiya dövründə daha sürətli inkişafının təmin edilməsi məqsədi daşıyır. Dövlət başçısı tərəfindən qoyulan tapşırıqlara tam əməl olunduğu təqdirdə bu hədəflərə çatmağın tam mümkünlüyünə əminik".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Deputat Tahir-Mirkişili