AQTA pendir hazırlayan sexi bağladı - FOTO

AQTA pendir hazırlayan sexi bağladı -  FOTO
  10 Sentyabr 2020    Oxunub:2977
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər rayonu, Xoruzlu kəndində vətəndaş Nəbiyev Aqil Ziyəddin oğluna məxsus pendir istehsalı müəssisəsində reyd keçiriblər.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, reyd zamanı saçaqlı pendir istehsal edən sexdə sanitar-gigiyena norma və qaydalarına, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı, istehsal prosesində texnoloji ardıcıllığa riayət edilmədiyi aşkarlanıb. Məlum olub ki, məhsullar baytarlıq şəhadətnaməsi olmadan satışa təqdim edilir.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.



Azvision.az


Teqlər: AQTA   Tərtər  





Xəbər lenti