Azərbaycanda illik inflyasiya dəyişməz qaldı

 Azərbaycanda illik inflyasiya dəyişməz qaldı
  10 Sentyabr 2020    Oxunub:2765
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,3%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101% təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8%, əvvəlki ilin avqust ayına nisbətən 102,8% təşkil edib.

2020-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5%, əvvəlki ilin avqust ayına nisbətən 104,9% təşkil edib.

“Ötən ay həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100%, əvvəlki ilin avqust ayına nisbətən isə müvafiq olaraq 101,4% və 101,1% olub”, - deyə Komitədən bildirilib.

Azvision.az


Teqlər: DSK   Azərbaycan  





Xəbər lenti